🛑Dünən Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncin hamısı Lerik rayonunun Orand kənd sakinləri olub.

23.06.2026 14:19 | 7

 

🛑Dünən Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncin hamısı Lerik rayonunun Orand kənd sakinləri olub.


Vəfat edən gənclər paytaxta mövsümi işlə bağlı gəlibmiş. Onlar Xəzər rayonu ərazisində tikinti sahəsində usta və fəhlə kimi çalışıblar və dünən işlərini yekunlaşdıraraq təhvil veriblər. Bundan sonra 4 gənc istirahət məqsədilə dəniz sahilinə yollanıb.


Meyiti sudan çıxarılan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və qardaşı 2007-ci il təvəllüdlü Elmarın nəşləri dəfn edilmək üçün doğma kəndlərinə aparılıb. 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlu isə Bakıda dəfn olunacaq. Hazırda Namiqin qohumu 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.


⚡️Dörd nəfərdən yalnız Namiq Əzimov ailəlidir. O, Bakıda daimi yaşayırmış. İki dəfə ailə həyatı quran Namiqin 4  övladı qalıb. Hər evliliyindən iki övladı dünyaya gəlib.


Dünyasını dəyişən digər 3 gənc isə subay olub. Pərviz Məcidovun kənddə evi olsa da, Bakıda kirayədə yaşayırmış.

Daha çox xəbər