⚖️ “Maliyyə məsələlərinə ağsaqqal kişi nəzarət edirdi” - məhkəmədə ifadə
⚖️ “Maliyyə məsələlərinə ağsaqqal kişi nəzarət edirdi” - məhkəmədə ifadə
🏛️ Bakı Ağır Cinayətlər Məhkəməsində “Dənizkənarı Bulvar İdarəsi” işi üzrə növbəti proses keçirilib.
▪️ Prosesdə şahidlər ifadə verib.
👤 Şahid A.S. bildirib ki, 2021-2023-cü illərdə Bayraq Meydanı tərəfdəki avtodayanacaqda işləyib.
💬 “Maaşım 400 manat idi, əldən alırdım. Maaşları Natiq Hümbətov paylayırdı”.
☕ Bulvar ərazisində kafelərdən birində nəzarətçi işləyən şahid A.V. isə deyib ki, maliyyə məsələlərinə aidiyyəti olmayıb:
💬 “Buna orada tanımadığım ağsaqqal bir kişi nəzarət edirdi”.
🏢 Sahibkar V.B. isə bildirib ki, bulvar ərazisində icarəyə götürdüyü obyektlər fəaliyyət göstərir:
▪️ Hər ay 7-8 min manat icarə haqqı ödəyib.
▪️ İlqar Mustafayevə şəxsən pul vermədiyini deyib.
📅 Növbəti məhkəmə prosesi oktyabrın 21-i saat 10:00-a təyin olunub.