Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.
Pressxebertv Az-ın əldə etdiyi məlumata görə, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.
🔸Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cələb edilib.
🔹Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil. Məhkəməyə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
❗️Dəymiş ziyan ödənilməsə, eks-vəzifəlilər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.