⚡️ Qubada 4 qazi saxlanıldı — məhkəmədən 30 sutkalıq həbs qərarı!
Quba şəhərində dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən qazilərlə bağlı hadisə baş verib.
Pressxebertv Az-ın yaydığı məlumata görə, hadisə şəhərin Fətəlixan küçəsində qeydə alınıb. Bildirilir ki, 26 yaşlı qazi avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
İddialara görə, avtomobildə olan 34, 28 və 30 yaşlı digər qazilər də polisin qanuni tələblərinə tabe olmayıblar. Nəticədə dörd nəfərin barəsində müvafiq protokollar tərtib edilib.
Qazilərin sözlərinə görə, onlar Qubada yol-nəqliyyat hadisəsi nəticəsində komaya düşən silahdaşlarına görə rayona gəliblər.
Məlumata əsasən, məhkəmə onların hər biri barəsində 30 sutka müddətinə inzibati həbs qərarı verib.
Qeyd edək ki, məlumatlar ilkin mənbələrin yaydığı xəbərlərə əsaslanır. Hadisənin bütün təfərrüatları və tərəflərin mövqeyi ilə bağlı əlavə rəsmi açıqlama təqdim edilməyib.
Pressxebertv.az — xəbər hər yerdə, həqiqət hər zaman!